Sizin reklam burada
Sizin reklam burada
  • Bakının bu ünvanında bina sökülür

    Bakının bu ünvanında bina sökülürBakının Nizami rayonunda yaşayış binasının sökülməsinə başlanılıb.
    Bu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
    Həmin binadan artıq sakinlər tam köçürülüb.
    1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
    Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
    Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ