Sizin reklam burada
Sizin reklam burada

"Kiçik Amerika"

"Kiçik Amerika"Razı Nurullayev
millət vəkili

Hərdən orada bir "amerikano" kofe içirəm

Demək bir neçə gün əvvəl bu şəkli paylaşdım və yazdım ki, "kiçik Amerika". Bura Nikitin adına İvanovka kolxozudur. Kənddə bir amerikanlı kiçik hôtel yaradıb və xanımı ilə idarə edir. Doğurdan da kiçik Amerika yaradıblar.
Dostlarımdır. Hərdən orada bir "amerikano" kofe içirəm.
Başladı bəzi öyrədilmiş adamlar ki, kef edirsən, bura evindir, nə bilim kiçik Amerika yaradıbsan, xalqı unudubsan. Ömründə bir kəsə bir manat yaxşılıq etməyənlər danışır da ən çox. Kaş elə siz də mənim olduğumun bir faizi qədər xalqın yanında olardınız.
Danışmağa nə var, adam odur ki, konkret iş görsün.
Bir də bəzi uğursuz adamlar hər kəsi bədbəxt, cır-cındır içində, ac-yalavac görmək istəyir. Amma, özlərinin donuzu əskikdir və hətta dövlət işində işləyirlər. Bu cür adamları ifşa etmək lazımdır. Onların işini alıb ehtiyacı olanlara vermək gərəkdir. Xalqın o qədər qabiliyyətli, bacarıqlı, savadlı, mədəniyyətli üzvləri kənarda qalıb ki. Pərdələnmiş, maskalanmışlar saxta profil, saxta kimlikləri ilə meydan sulayırlar.
Daha söz vermişəm ki, xalqa xeyri olmayan, ancaq özünü düşünənləri ifşa edim. Yaramazlar hərəsi onlarla saxta profil düzəldib kimə gəldi söyüş söyürlər. Bunları tapıb qanunun dar ağacından asmaq lazımdır və tapacağıq.
Xalqımızın bütün layiqli insanlarına xöşbəxtlik arzulayıram.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ