Lakin uzun illər baxımsızlıq ucbatından kiçik gəminin yan aldığı hər 2 tərsanə, onu sahillə birləşdirən körpü yararsız və çox təhlükəli hala düşmüşdür.
Millət vəkili İltizam Yusifov Ramazan bayramı günü: 13.05.2021-ci il tarixində piyada körpüsünə şəxsən baxış keçirərək körpünün qəzalı vəziyyətdə olduğunu gördükdən sonra orada təmir-bərpa işlərinin aparılması üçün şəxsı təşəbbüs göstərərək qısa zamanda vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə yeni körpü düzəltdirmiş, pilləkənlərin kənarlarına yeni mühəccərlər quraşdırılmış, əlavə bərkitmə işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.
Millət vəkili İltizam Yusifov bundan əlavə “Barkaz”ın (kiçik gəminin) təmiri, həmçinin Şirvan şəhər hissəsinə keçid üçün yeni körpünün də hazırlanması və digər işlərin ğörüləcəyini bildirib.
Əməyi olan hər kəsə təşəkkür edirik.
