Emil Əsgərov adlı şəxs yenə başladı qərəzli informasiya paylaşmağa. Bu təxribata uyan bir sıra şəxslər də basladı bilib-bilmədən tənqid hətta təhqir etməyə!
Belə təxribat xarakterli yazılar son zamanlar İqbal müəllim haqda çox yazılıb. Yenədə qara piyar kompaniyası davam edir!
İqbal müəllim haqda bir neçə məqama toxunacam.
Yəqin ki çoxlarınız Fuad ın yazılarını oxuyursunuz. Yazılarından görürsünüz ki İqbal müəllim son zamanlar şəhidlərimizin dəfnində necə izdihamla iştirak edib. Nəinki Lerik şəhidlərinin dəfnində hətta digər rayonlardan olan şəhidlərimizin dəfnində də izdihamla iştirak edən sayılası millət vəkillərindən olub. Bundan əlavə elə Fuadla birgə qazilərlə görüşüb, maraqlanıb. Dəstəyini əsirgəməyib.
Bunun haqqında yazanlar sadəcə Leriklini Lerikliyə qarşı qoymaq məqsədi güdür. Və Leriklilər də bu məkrli oyuna alət olurlar!
İndi isə danışım Mais Huseyndən...
Çoxları məni mediadan izləyir. Bilirsiniz ki, mən neytralam. Maisin də bir müsahibəsini saytda yayımlamışam. Yəni mənim heç kimə qarşı şəxsi prinsipim yoxdur. Sadəcə hər zaman demişəm: doğmam belə olsa HAQQ ı deyəcəm!
Mais Huseyn də paylaşımı görən kimi ürəyi rahatlaşıb sanki. Bir rəy yazıb görüb yoxee ürəyi soyumur, iki, üç rəy yazıb və güclə ürəyini soyuda bilib. (Xatırladım ki Mais artıq öz profilində rəy yaza bilmir, yazan kimi Lerik xalqı yalan danışdığını yazır, hətta bəzilərinin ürəyi soyumayıb vulqar ifadələrdən istifadə edir)
Əgər Mais Huseynin əlində tezisləri olsaydız əsaslı arqumentlə yazmağı bacarsaydı yazdığım rəyə cavab verərdi. Amma Mais bloka atmaqla işini tamamlamış hesab etdi.
Yazmaq istəyirsiz yazın Şagdağdan, yazın Qəbələdən! Gecə gündüz şənlik gedir. Elə gərək mütləq Lerikdən Relaksa şər atasınız?!
Qeyd edim ki, Relaksda oteldən başqa heçnə fəaliyyət göstərmir. Otelə də qanunda icazə verildiyi üçün fəaliyyət göstərir.
Əziz leriklilər, vallah ayıbdır! Təxribata uymayın!
