Sizin reklam burada
Sizin reklam burada
  • YAP Astara rayon təşkilatı tərəfindən şəhid xatirəsi anılıb

    Daim Vətən mücahidlərini, şəhid ailələrini diqqət mərkəzində saxlayan, onlara hər cür maddi-mənəvi qayğı göstərən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov ənənəyə sadiq qalaraq bu dəfə  Astara rayonu, Dürriyə kəndində şəhid Kənan Dadaşovun əziz xatirəsi anılıb. Kənd sakinlərinin də birgə iştiraki ilə keçirilən anım mərasimində, eyni zamanda YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov və 44 günlük Vətən Müharibəsi iştirakçısı, qazi Şəmistan Bağırov da iştirak ediblər.


    Məlumat üçün qeyd edək ki, şəhid Dadaşov Kənan Həsrət oğlu 2000-ci il aprelin 12-də Astara rayonunun Dürriyə kəndində anadan olub, 2018-ci il sentyabrın 3-də Tərtər istiqamətində şəhidlik zirvəsinə ucalıb. 03.09.2026 -cı il tarixdə şəhid Kənan Dadaşovun müqəddəs məzarı YAP Astara rayon təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunaraq, ruhuna dualar oxunub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ