İlqar həkim
Mən sənə biçım yazıram !
Nə yazıram sevinc , kədər
Mən sənə biçim yazıram .
Silkələnir sal qayalar
Tərpənir içim, yazıram .
Başımda dinmir üsyanım
Dəyişir tərsə dövranım ,
Qalanda yolda karvanım
Köçəndə köçüm, yazıram .
Xəyal aparır həzində
Fikrim gül dərir üzündə.
Hamıdan gizlin -izində
Mən için- için yazıram .
Gözlər qəm olur , gülmürəm
İzlər qan olur, silmirəm .
İnan, özüm də bilmirəm
Mən sənə neyçün yazıram .
Nurdu çöhrən, ənlik yaxma
Könül sənsiz şamsız daxma.
Mənə qınaq gözlə baxma
Yoxdu bir suçum ,yazıram .
