Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili İqbal Məmmədov: MƏHDUDİYYƏTLƏRİN YUMŞALDILMASINA BAXMAYRAQ QAYDALARA CİDDİ ƏMƏL OLUNMALIDIR

    Millət vəkili İqbal Məmmədov: MƏHDUDİYYƏTLƏRİN YUMŞALDILMASINA BAXMAYRAQ QAYDALARA CİDDİ ƏMƏL OLUNMALIDIR "Ölkəmizin hər yerində olduğu kimi, Lerikdə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə ilk andan təxirəsalınmaz tibbi profilaktik tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, xüsusi qərargah yaradılmışdır. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur." Bu sözləri Milli Məclisin üzvü, Lerik rayonundan secilən millət vəkili İqbal Məmmədov ötən gün əməkdaşımızla görüş zamanı demişdir.
    İ.Məmmədov təmsil etdiyi sözügedən rayonda pandemiyaya qarşı ilk gündən təxirəslinmaz tədbirlərin görülməsindən danışaraq, qeyd etmişdir ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq ərazi icra nümayəndələri, bələdiyyə üzvləri və aktiv gənclər cəlb edilməklə rayon ərazisində əhali, xüsusilə də yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında maarifləndirmə işləri aparılmış, küçələrdə və reklam lövhələrində mövcud qaydalar barədə məlumatlar yerləşdirilmişdir.
    Millət vəkili həmçinin bildirmişdir ki, yaşlı insanların sosial-məişət problemləri öyrənilərək dərhal həllinə səy göstərilmişdir. Bəyan olunmuş karantin qaydalarına tam şəkildə riayət olunması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilmisdir.
    Millət vəkili vurğulamışdır ki, Rayonun idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya işləri aparılmışdır. Eyni zamanda, rəhbərliyik tərəfindən Rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə obyektlərinə koronavirus infeksiyasindan qorunmağın yolları barədə hazırlanmış çap məhsulları paylanılmısdır. Digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, ticarət obyektlərinə vurulmuşdur. Təbii ki, infeksiyanın qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir. Rayon İcra Hakimiyyətinin əməkdaşları Lerikdəki "Relax" turizm-istirahət mərkəzində karantində olan vətəndaşlara ərzaq bağlamaları, tibbi ləvazimatları veriblər. Karantində olanlar dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    Millət vəkili karantin rejiminin yumşaldılması ilə bağlı atılan addımlardan danışaraq bildirmişdir ki, Rayon rəhbəiyi tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyə sədrlərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işçilərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib. Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasina qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılanların, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, habelə bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşması, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir. Sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə toxunulub, bu istiqamətdə qanuna zidd hallara yol verənlərin cəzalandirılacağı bildirilib. Təbii ki, rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən də danışılıb və həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyatı məsul şəxslərə tapşırıqlar verilib.
    Sonda millət vəkili mətbuat vasitəsilə insanlara bir daha çağırış edib ki, məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, cəmiyyətimizin sağlamlığı naminə qaydalara ciddi əməl olunmalıdır!

    Millət vəkili İqbal Məmmədov: MƏHDUDİYYƏTLƏRİN YUMŞALDILMASINA BAXMAYRAQ QAYDALARA CİDDİ ƏMƏL OLUNMALIDIR
    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ