Sizin reklam burada
Sizin reklam burada
  • Kəlbəcərin azad edilməsi Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdəndir.

    Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad olunması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi qələbənin diplomatik müstəvidə rəsmiləşdirilməsi və bölgədə genişmiqyaslı quruculuq mərhələsinin başlanğıcı oldu.

    Bu gün, noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsindən altı il ötür. 2020-ci il noyabrın 25-də Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb. Bu tarix ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələlərdən biri kimi yadda qalıb.

    Kəlbəcərin azad edilməsi Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdəndir. Uzun illər işğal altında qalan rayonun geri qaytarılması təkcə coğrafi ərazilərin bərpası deyil, həm də doğma yurdlarından didərgin düşmüş minlərlə insanın torpaqla bağlı ümidlərinin yenidən canlanması demək idi. Altı il əvvəl baş verən bu hadisə həm hərbi-siyasi baxımdan, həm də milli yaddaş və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.

    Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri uzun illər dağıntılara məruz qalmış rayonun yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi oldu. Bu istiqamətdə şəhərdə və kəndlərdə genişmiqyaslı tikinti və quruculuq layihələrinə başlanıldı.

    Bölgənin inkişafında turizm potensialının reallaşdırılması da mühüm yer tutur. Kəlbəcərin dağlıq relyefi, zəngin meşələri, mineral su ehtiyatları və füsunkar təbiəti burada sağlamlıq, ekoloji və dağ turizminin inkişafı üçün geniş imkanlar yaradılır. Xüsusilə İstisu mineral suları rayonun turizm və müalicə-sağlamlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.


    Müşfiq Cəfərov 

    Milli Məclisin deputatı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ