Sizin reklam burada
Sizin reklam burada
  • Milli Azərbaycan Tarixi Muzeyində Fətəli xan Xoyskinin ildönümünə həsr olunmuş açıq dərs keçirilib

    Milli Azərbaycan Tarixi Muzeyində General-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin şagird və müəllimlərinin iştirakı ilə Fətəli xan Xoyskinin ildönümünə həsr olunmuş açıq dərs keçirilib.


    25 noyabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Fətəli xan Xoyskinin anadan olmasının ildönümünə həsr olunmuş açıq dərs keçirilib.

    Dərsdə Bakı şəhəri general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Açıq dərsi muzeyin Xüsusi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova aparıb.

    Dərs zamanı Fətəli xan Xoyskinin həyat və siyasi fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və dövlət quruculuğunda göstərdiyi xidmətlər haqqında şagirdlərə ətraflı məlumat verilib.

    Dərsdən sonra şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını, “Zəfər” sərgisini və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət ediblər.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ