Sizin reklam burada
Sizin reklam burada
  • Qax rayonunda quşçuluq təsərrüfatının fəaliyyəti ilə tanışlıq olub

    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonda fəaliyyət göstərən quşçuluq təsərrüfatına baxış keçirib.

    "Atributinfo.az" xəbər verir ki, baxış zamanı təsərrüfatın mövcud fəaliyyəti, istehsal imkanları, quşların saxlanılması üçün yaradılmış şərait, maddi-texniki baza və gələcək inkişaf perspektivləri ilə tanış olunub.

    Bildirilib ki, hazırda təsərrüfatda 7 min baş ətlik istiqamətli quş yetişdirilir. Quşların bəslənməsi, yemlənməsi və gündəlik qulluğunun təşkili üçün müvafiq şərait yaradılıb. Təsərrüfatda istehsal prosesinin səmərəli təşkili, quşların sağlam və keyfiyyətli məhsul əldə edilməsi məqsədilə yetişdirilməsi istiqamətində işlər həyata keçirilir.

    Təsərrüfatın gələcək inkişaf planları barədə məlumat verilərkən fəaliyyətin mərhələli şəkildə genişləndirilməsi, istehsal gücünün artırılması, eləcə də gələcəkdə yumurtalıq istiqamətində quşçuluğun təşkili imkanlarının nəzərdən keçirildiyi bildirilib. Bu yanaşmanın təsərrüfatın fəaliyyət istiqamətlərinin şaxələndirilməsinə, məhsul çeşidinin artırılmasına və yerli bazarın tələbatının ödənilməsinə töhfə verəcəyi qeyd olunub.

    Baxış zamanı quşçuluq sahəsinin rayonun aqrar potensialının inkişafında, yerli istehsalın artırılmasında, ərzaq təminatının gücləndirilməsində və əhalinin məşğulluğunun genişləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

    Qeyd edilib ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müasir təsərrüfatların yaradılması, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas istiqamətlərdəndir.

    İcra başçısı təsərrüfatın mövcud imkanlarından səmərəli istifadə olunmasının, gələcək inkişaf planlarının ardıcıl həyata keçirilməsinin və istehsal potensialının artırılmasının vacibliyini qeyd edib.


    Bəradər Səməndərli,

    Zahir Məmmədov 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ