Oyuna gözəl başladıq. İlk hissədə boşluqlar yaratmamağa çalışdıq və bunu bacardıq. Amma bu oyun bizə çox şey yaşatdı. Həqiqətən də bu cür turnirdə iştirak etmək bizim üçün böyük təcrübədir.
Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Oyunun tempi çox yaxşı idi. Bəlkə də istədiyimiz kimi imkanlar yarada bilmədik. İkinci hissədə “Barselona” fərqli oyun nümayiş etdirdi. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Düşünürdük ki, duran toplardan nəsə edə bilək. Düzdür, səhvlərimiz oldu. İndi bunun üzərində işləyəcəyik”, - deyə çalışdırıcı qeyd edib.
