Sizin reklam burada
Sizin reklam burada
  • KONSTİTUSİYANIN QƏBULU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ QARŞISINDAKI ƏN BÖYÜK XİDMƏTLƏRİNDƏN BİRİDİR

    İlkin Abbasov

    YAP Qax rayon təşkilatının sədr müavini

           

    Dövlətlərin konstitusiyaları dövlət quruculuğunu tənzimləyir, sosial iqtisadi inkişafa təminat yaradır, ölkə vətəndaşlarının hüquqları baxımından əsas baza rolunu oynayır. Əlbəttə ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası da ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və ölkəmizin inkişafına güclü təkan verdi. İnsan və vətəndaş hüquqlarını, azadlıqların müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. 

    Azərbaycan Respublikasının Konstitusyasının hazırlanması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə həyata keçirilmişdir. İlk milli Konstitusiyanın tərtibi Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”. 

    1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradılmış, Komissiyanın sədri isə Ümummilli Lider Heydər Əliyev təyin edilmişdir. Komissiyanın fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın gələcək inkişafını müəyyən edən mühüm hüquqi sənədin layihəsi hazırlanmış, xalq hakimiyyəti, dövlət suverenliyi, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi və demokratik idarəetmə kimi fundamental prinsiplər əsas götürülmüşdür. Həmin ilin noyabr ayının 12-də isə ümumxalq referendumu keçirilmiş, nəticədə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edilmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının elə 1-ci maddəsində hakimiyyətin yeganə mənbəyinin xalq olduğu qeyd edilmişdir ki, bu da Ümummilli Liderin xalqımıza göstərilən diqqətin göstəricilərindən biridir. Azərbaycan Respublikasında yeni Konstitusiya qəbul edilərkən, beynəlxalq hüquq normaları, müqavilələr, Avropa Konvensiyası və bu kimi Azərbaycan dövlətinin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tətbiq edilmişdir. Eləcə də dini, irqi, milli, etnik mənsubiyyətinə, mədəniyyətinə, sosial vəziyyətində fərqə baxmayaraq bərabərlik prinsipi Konstitusiyamızda əsas maddə olaraq qeyd edilmiş və bu maddədən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət edilmişdir.

    Konstitusiya qəbul olunduqdan sonra bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. 2002-ci ildə referendum yolu ilə dəyişikliklər, 2009-cu ildə və 2016-cı ildə əlavə və dəyişikliklər edilmişdır. Bu da zamanın tələbindən irəli gələn yeniliklərin, dünyamızda, ölkəmizdə yaranan dəyişiklilərin, islahatların vətəndaşlarımız üçün daha əl çatan olması, dünyada tətbiq olunan insan hüquq və azadlıqlarının bizim vətəndaşlarımızın yararlanması üçün tətbiq edilən yeniliklərdəndir. Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə, firavan, azad, ədalətli cəmiyyətdə, suveren, demokratik, hüquqi dövlətdə, bərabərhüquqlu əsaslarla, heç bir ayrı - seçkiliyə əsaslanmayan, qanunla təsbit edilmiş şəkildə yaşamaq hüququ var.

    Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən milli Konstitusiya layihəsinin hazırlanması ölkəmizin tarixində xüsusi əhəmiyyətə malikdi. Ulu Öndərin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və qətiyyətli rəhbərliyi sayəsində müstəqil Azərbaycanın hüquqi təməli məhz bu Konstitusiya ilə formalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin, hüquqi sabitliyimizin və gələcək inkişafımızın əsas təminatlarından biri olaraq bu gün öz əhəmiyyətini qoruyub saxlayır, ölkə daxili və ölkə xarici hüquqi tənzimləmələrin əsasını təşkil edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ