Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfransda “Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar” mövzusunda panel sessiyada çıxışı edən Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının süni intellektin təhlükəsiz və insan hüquqlarına uyğun şəkildə tətbiqinin təşviqində mühüm rol oynadığını bildirib, rəqəmsal mühitdə qadınların hüquqlarının qorunması və təhlükəsiz rəqəmsal məkanın yaradılmasının dövlətlər üçün əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ombudsman informasiya texnologiyaları sahəsindəki inkişafın qadınların təhsilə, sahibkarlığa, dövlət xidmətlərinə çıxışını xeyli genişləndirdiyini vurğulayıb. O, rəqəmsal platformaların xüsusilə sosial və ya fiziki məhdudiyyətlərlə üzləşən qadınların ictimai həyatda fəal iştirakı və özünəinamının artırılması üçün vacib bir vasitəyə çevrildiyini qeyd edib.
Müvəkkil son illərdə ölkəmizdə aparılan islahatların rəqəmsal inkişafın təmininə və innovativ idarəetməyə əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, son dövrdə qəbul olunmuş strateji sənədlərin süni intellektin təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına uyğun istifadəsinin təşviqini hədəflədiyini bildirib.
Ombudsman qadınların rəqəmsal mühitdə özlərini təhlükəsiz hiss etmələrini təmin edən etibarlı hüquqi və institusional mühitin yaradılmasının, süni intellekt və digər innovativ texnologiyaların inkişafına və tətbiqinə gender bərabərliyi prinsipinin inteqrasiyasının, milli insan hüquqları təsisatlarının bu istiqamətdə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müvəkkil konfrans çərçivəsində “Qərar qəbuletmədə qadın liderliyi” mövzusunda tədbirdə də iştirak edib. Həmin tədbirdə çıxışı zamanı Ombudsman qadınların qərar qəbuletmə proseslərində bərabər iştirakı üçün real imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qadınların qərar qəbuletmə prosesinə fərqli təcrübə və perspektivlər gətirməklə daha inklüziv və insan mərkəzli idarəetməyə töhfə verə biləcəklərini qeyd edib.
Səfər çərçivəsində, həmçinin Ombudsman Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin Senatında, Ali Məclisin Qanunvericilik Palatasında və Konstitusiya Məhkəməsində rəsmi görüşlər keçirib. Görüşlər zamanı insan hüquq və azadlıqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması istiqamətində ombudsman təsisatları ilə parlament və məhkəmə institutları arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Özbəkistanın dostluq və əməkaşlıq münasibətlərinin insan hüquqları sahəsində də uğurla davam etdirildiyini qeyd edib.
![]()
Ombudsman Özbəkistan Respublikasında səfərdə olub
Siyasət
- Dün, 12:03
- 9
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
22:53
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat dəhlizinin formalaşdırılmasında mühüm aktor kimi
-
13:02
Azərbaycanla Özbəkistanın müttəfiqlik münasibətləri regionda iqtisadi tərəqqinin təməl sütunudur
-
12:03
Ombudsman Özbəkistan Respublikasında səfərdə olub
-
00:27
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm üstünlüklərindən biri siyasi dialoqun iqtisadi əməkdaşlığa çevrilməsidir
-
19:54
Azərbaycan–Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində
-
18:44
Azərbaycanla Özbəkistan dövləti arasında humanitar əməkdaşlıq keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyub
-
13:55
Ülvi Quliyev: "Azərbaycan-Özbəkistan müttəfiqliyi TDT-nin güclənməsinə əməli töhfədir"
-
12:23
Sözün, mətbuatın və qələmin xidmətində
-
12:05
Yeni regional əməkdaşlıq modeli qurulmaqdadır
-
11:39
Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
-
11:38
Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb
-
11:35
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib
-
11:32
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
11:30
ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb
-
11:29
Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
11:28
Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib
-
11:25
Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb
-
11:23
Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik
-
11:22
FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb
-
11:12
Qərbi Azərbaycana qayıdıș Ulu Öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir
-
11:06
Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib
