Sizin reklam burada
Sizin reklam burada
  • Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb


    Avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    ⁠Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    ⁠Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ