Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb


    ABŞ administrasiyası üçüncü ölkə miqrantlarının Liberiyaya deportasiyası ilə bağlı razılaşmanın bir hissəsi olaraq həmin ölkəyə 5 milyon dollar ödənişi təsdiqləyib.

    Bu barədə “The New York Times” (NYT) Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

    2025-ci ilin oktyabr ayında Liberiya ABŞ-yə miqrantları qəbul etməyi nəzərdən keçirəcəyinə söz verib və dekabrda ABŞ Dövlət Departamenti bunun üçün 5 milyon dollar ödənişi təsdiqləyib. Dövlət Departamentinin sənədlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, miqrantlar üçün mənzil və qida təminatı, eləcə də onların peşə təhsili üçün istifadə edilə bilər.

    Daha əvvəl Liberiyanın “Spoon TV” telekanalı informasiya, mədəniyyət və turizm naziri Jerolinmek Piaya istinadən ölkənin gələn il ərzində ABŞ-dən 1200 üçüncü ölkə vətəndaşını qəbul edəcəyini bildirmişdi. Deportasiya edilənlərin ilk qrupu avqustun 20-də ABŞ-dən Liberiyaya gəlib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ