Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də göstərir ki, iki ölkə arasında əlaqələr bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya, təhsil, mədəniyyət və humanitar sahələri əhatə edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi dostluq və qarşılıqlı etimad münasibətlərin inkişafında mühüm rol oynayır. Son beş ildə dövlət başçılarının 15 qarşılıqlı səfər və 6 beynəlxalq tədbir çərçivəsində görüş keçirməsi siyasi dialoqun yüksək səviyyəsini göstərir. 2024 və 2025-ci illərdə həyata keçirilmiş qarşılıqlı dövlət səfərləri, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti isə iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsinə şərait yaradır.
İqtisadi-ticari əməkdaşlıq sürətlə genişlənir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dolları keçib. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapitalı yeni layihələrin maliyyələşdirilməsi üçün mühüm imkan yaradır. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının qeydiyyatdan keçməsi də qarşılıqlı iqtisadi marağın göstəricisidir. Eyni zamanda Azərbaycan şirkətləri Özbəkistanda hotel, yaşayış kompleksi və digər investisiya layihələri həyata keçirirlər.
Enerji sahəsində də əməkdaşlıq inkişaf edir. SOCAR və Özbəkistanın enerji qurumları arasında uzunmüddətli əlaqələr mövcuddur. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi” Mərkəzi Asiyanın yaşıl enerji potensialının Azərbaycan üzərindən Avropaya çıxarılması baxımından mühüm perspektivlər açır.
Nəqliyyat və logistika iki ölkənin əməkdaşlığında xüsusi yer tutur. 2025-ci ildə tranzit daşımalarının həcminin 6,7 dəfə artaraq 1,4 milyon tona çatması bu sahədə böyük potensialın olduğunu göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhliz və Transxəzər marşrutu ilə inteqrasiyası Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm logistika mərkəzi kimi rolunu daha da artıracaq.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni-humanitar əməkdaşlıqdır. Qarşılıqlı mədəniyyət günləri, festivallar, elmi konfranslar, ədəbi tədbirlər və təhsil proqramları xalqlarımız arasındakı yaxınlığı daha da möhkəmləndirir. Bakıda Əlişir Nəvai parkının yaradılması, Özbəkistanda Nizami Gəncəvinin adının əbədiləşdirilməsi ortaq mədəni irsə verilən dəyərin nümunəsidir.
Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi isə qardaşlığın ən gözəl nümunələrindən biridir. Bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın Azərbaycana mənəvi və praktiki dəstəyini nümayiş etdirir.
Təhsil sahəsində də əlaqələr genişlənir. Hazırda Azərbaycan və Özbəkistan vətəndaşları qarşılıqlı şəkildə iki ölkənin ali məktəblərində təhsil alırlar. Media sahəsində keçirilən Azərbaycan–Özbəkistan forumları, QHT-lər və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq münasibətlərin ictimai müstəvidə də inkişaf etdiyini göstərir.
Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. Son illərdə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ardıcıl şəkildə artır. Birbaşa aviareyslərin və qarşılıqlı turizm imkanlarının genişlənməsi bu istiqamətdə əlavə perspektivlər yaradır.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Ortaq türk irsinin qorunması, iqtisadi inteqrasiyanın, nəqliyyat əlaqələrinin və mədəni əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin prioritetləri sırasındadır. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olması bu inteqrasiyanın daha bir göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakçı kimi təmsil olunması isə ölkəmizin regionla əlaqələrinin yeni mərhələyə yüksəldiyini göstərir. Bu format siyasi dialoqla yanaşı iqtisadiyyat, logistika, enerji, təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri bu gün qardaşlıqdan strateji müttəfiqliyə yüksəlmiş nümunəvi dövlətlərarası münasibətlər modelidir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, iki xalqın tarixi və mənəvi yaxınlığı bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə möhkəm zəmin yaradır.
Mircəlil Qasımlı
Milli Məclisin deputatı
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixə, dil və mədəni yaxınlığa, qardaşlıq və qarşılıqlı etimada əsaslanır
Siyasət
- Dün, 23:03
- 4
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
23:03
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixə, dil və mədəni yaxınlığa, qardaşlıq və qarşılıqlı etimada əsaslanır
-
21:52
Milli maraqlarımızın keşiyində: Azərbaycan informasiya savaşında da ayıqdır
-
19:42
261 dövlət qurumu və təşkilatın nümayəndələri “e-mühasibat” təlimlərinə cəlb olunub
-
19:40
MİQ üzrə müsahibə tarixləri açıqlanıb
-
19:33
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub
-
19:31
“Qırmızı Körpü” gömrük postunda 700 yük maşını növbə gözləyir
-
19:29
Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir
-
19:15
Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib
-
19:14
Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib
-
19:13
İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər
-
19:12
Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
-
19:10
Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb
-
12:09
Üzümün insan orqanizminə hansı faydaları var?
-
12:08
Paytaxtda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
-
12:08
Catherine Stella Namakula: Reparasiya məsələsi BMT səviyyəsində institusional çərçivəyə salınmalıdır
-
12:07
“Abraham Lincoln” aviadaşıyıcısı ABŞ-yə qayıdır?
-
12:06
Alyaskada qəzaya uğrayan təyyarənin göyərtəsindəki 8 nəfərin hamısı həlak olub
-
12:05
İsveçin ən qədim məscidi 50 illiyini qeyd edir
-
12:04
Rusiya ordusu Ukraynanın Moldova ilə sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib
-
12:02
Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub
-
12:01
“Zirə”nin futbolçusu Kamboca klubuna transfer olunub
