Sizin reklam burada
Sizin reklam burada
  • “Qırmızı Körpü” gömrük postunda 700 yük maşını növbə gözləyir

    “Qırmızı Körpü” gömrük postunda 700 yük maşını növbə gözləyir


    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük nəqliyyat vasitəsi canlı növbədə gözləyir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avqustun 21-nə olan məlumatında bildirilib.

    Sərhəd-keçid məntəqələrində giriş və çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayına dair məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 134, “Xanoba” gömrük postunda isə 1 yük maşını növbədədir.

    Azərbaycan-Gürcüstan sərhədindəki “Mazımqara” gömrük postunda 7 yük nəqliyyat vasitəsi gözləyir.

    Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda isə növbədə 52 yük maşını var.

    Hazırda “Biləsuvar” gömrük postunda canlı növbədə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ