Sizin reklam burada
Sizin reklam burada
  • Paytaxtda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

    Paytaxtda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

    Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirildiyinə görə, araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsi, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində - Qaraçayın sahilində və Balakən rayonunda - Dəliçayın ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.

    Belə ki, qeyd edilən su hövzələrinin tikinti-söküntü tullantıları, məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, həmin ərazilərin akvatoriyasına torpaq və digər materialların gətirilərək tökülməsi, habelə sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması halları müəyyən edilib. Eyni zamanda, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.

    Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda faktların hüquqi qiymətləndirilməsi məqsədilə zəruri istintaq tədbirləri davam etdirilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ