Sizin reklam burada
Sizin reklam burada
  • Rusiya ordusu Ukraynanın Moldova ilə sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib


    Avqustun 20-dən 21-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa vilayətinin Bolqrad və İzmayıl rayonlarına pilotsuz uçuş aparatları ilə hücum edib. Həmçinin Ukraynanın Moldova ilə sərhədində yerləşən “Tabaki” keçid məntəqəsinə zərbə endirilib, nəticədə onun fəaliyyəti müvəqqəti dayandırılıb.

    Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sosial media hesablarındakı paylaşımına istinadla xəbər verilir.

    Bildirilir ki, hücum nəticəsində “Tabaki”nin infrastrukturuna zərər dəyib, tikililərdə yanğınlar baş verib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğın ocaqlarını lokallaşdırıblar.

    Hazırda “Tabaki”dən insanların və nəqliyyat vasitələrinin keçidi yoxdur. Ukrayna baş verənlər barədə Moldova nümayəndələrinə məlumat verib.

    Qeyd edək ki, hələlik nəqliyyat vasitələrinin hərəkəti digər keçid məntəqələri vasitəsilə həyata keçirilir. Vətəndaşlara səfərlərini planlaşdırarkən “Tabaki”nin fəaliyyətinin müvəqqəti dayandırıldığını nəzərə almaq və alternativ marşrutları əvvəlcədən seçmək tövsiyə olunur.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ