Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ”ın futbolçusu Kadi Borqesdən yeni rekord

    “Qarabağ”ın futbolçusu Kadi Borqesdən yeni rekord

    “Qarabağ”ın futbolçusu Kadi Borqes yeni rekorda imza atıb.

    O, Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.

    Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub. O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qoluna imza atıb.

    Onun əvvəlki 5 qolu 2021/2022-ci illər mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda Fransa “Marsel”inə (1:3) bir qol vurub.

    Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy Lens Mikels “Sabah”ın, Rafael Utziq “Qəbələ” və “Zirə”nin heyətində 5 qola sevinib.

    Qeyd edək ki, Kadi “Qarabağ” forması ilə avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ