Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız COP17 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

    Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” proqramında iştirak etmək məqsədilə avqustun 22-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edəcək.
    Sözügedən proqram Ulan-Bator şəhərində keçiriləcək BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində təşkil olunacaq. Tədbirdə torpaq resurslarının bərpası, mühafizəsi və davamlı idarə olunması, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
    Səfər avqustun 29-da başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ