Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlarımız Tacikistana səfər edəcəklər

    Deputatlarımız Tacikistana səfər edəcəklər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Məzahir Əfəndiyev mayın 19-da Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcəklər.

    Səfər çərçivəsində deputatlarımız “Parlament fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyi və dayanıqlı inkişafın həlli” mövzusunda Avrasiya parlamentləri üçün keçiriləcək regional seminarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz mövqelərini bildirəcəklər.

    Səfər mayın 23-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ