Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, son müşahidələrə və sosial sorğuların nəticələrinə görə, Paşinyan reytinq baxımından irəlidədir:
" Bununla yanaşı, xarici təzyiqlərin təsiri nəticəsində sensasiyalı hadisələrin baş verməsi də mümkündür. Seçkilərdən sonra Ermənistan daxilində qarşıdurmaların artacağını, hətta vətəndaş müharibəsinin belə baş verə biləcəyini proqnozlaşdırmaq olar.
Müxalifətin qalib gələcəyi təqdirdə regionda gərginliyin artacağı şübhəsizdir. Erməni xalqı bilməlidir ki, ölkəsinin təhlükəsizliyi və inkişafı qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks təqdirdə, Ermənistan dövlətinin varlığına və təhlükəsizliyinə heç kim zəmanət verə bilməz".
/atributinfo.az/
