Sizin reklam burada
Sizin reklam burada
  • Rasim Musabəyov: - Okampo ilə bağlı qalmaqal haqda - Avropa strukturları bununla bağlı qəti sözlərini deməlidirlər

    Avropa strukturları Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru və fəal erməni lobbiçisi Luis Moreno Okampo ətrafında yaranmış qalmaqalla bağlı öz qəti sözünü deməlidir.

    Bunu Milli Məclisin deputatı Rasim Musabəyov öz sosial şəbəkə hesabında Okamponun qalmaqallı videgörüntüsünü şərh edərkən bilidirib.

    “Erməni lobbi təşkilatlarının fəaliyyətləriniçirkli biznesə çevirdiyi çoxdan məlumdur. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo və onun oğlu arsız şəkildə avrodeputatları, avro-məmurları satın alır və mahiyyət etibarilə Azərbaycana real zərər vurmaq iqtidarında olmayan müxtəlif qətnamə və bəyanatları təşviq edirlər - bu bir faktdır. Lakin bu fəaliyyət həmin çirkli subyektlərə konkret dividendlər gətirdiyi üçün, Belçikanın hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan bunun qarşısını almaq mümkün olmayacaq. Okampo və onun kimilərin hücumlarından ikrahla yan keçmək olar. Çünki aydındır ki, onların təşkil etdikləri kampaniyaların məqsədi bu gün Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdır və məhz bu məqamda Avropa strukturları öz qəti sözlərini deməlidirlər; hərçənd sözdə onlar guya Ermənistanda Avropayönümlü qüvvələri dəstəklədiklərini bəyan edirlər”,- deyə o əlavə edib.

    Qeyd edək ki, bu gün Luis Okamponun öz oğlu ilə danışığının videogörüntüsü yayımlanıb. Həmin görüntüdə o bildirir ki, onun komandasında əvvəllər Avropa İttifaqının diplomatiyasının sabiq rəhbəri Jozep Borrelin hüquq məsləhətçisi olmuş bir şəxs çalışır. Okamponun sözlərinə görə, o, bu əməkdaş vasitəsilə Avropa Parlamentində səsvermələrə təsir göstərməyi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təzyiq etməyi və Avropa siyasətini lazım olan istiqamətdə yönləndirməyi planlaşdırır.

    Bundan əlavə, Okampo daha geniş strategiyanı - Avropa Məhkəməsi vasitəsilə insan hüquqlarının pozulması ittihamlarından istifadə edərək Avropa İttifaqı ilə Azərbaycan arasında enerji müqaviləsinin ləğvinə nail olmaq və ABŞ-dakı erməni lobbiləri ilə fəaliyyətləri koordinasiya etmək planlarını açıqlayır

    Naməlum müsahiblə söhbətində Okamponun oğlu Tomas Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın istefasına nail olmağın vacibliyindən danışır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ