Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq Cinayət Məhkəməsinin cinsi istismar ittihamı ilə üzləşən prokuroru vəzifəsindən azad edilib

    Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) üzvləri cümə günü BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən təcili iclasında geniş yayılmış cinsi istismar iddiaları ilə bağlı intizam tədbirlərindən sonra prokuror Kərim Xanı vəzifəsindən azad ediblər.

    Qərar Üzv Dövlətlər Assambleyasının 125 üzvü arasında qapalı səsvermə zamanı sadə səs çoxluğu ilə qəbul edilib. Kərim Xan 2021-ci ildə məhkəmənin prokuroru vəzifəsinə doqquzillik müddətə seçilmişdi.

    “Assambleya 82 üzv dövlətin səs çoxluğu ilə prokuror Kərim Xanın davranış və vəzifə qaydalarını ciddi şəkildə pozması ilə əlaqədar onu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib”, - deyə Assambleya prezidenti bildirib.

    BMT ilə əməkdaşlıq müqaviləsi olan Beynəlxalq Cinayət Məhkəməsi son illərdə bir neçə yüksəkvəzifəli şəxslər, o cümlədən 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı verib.

    BCM Assambleyası yeni prokuror seçmək üçün yaxın günlərdə xüsusi iclas keçirəcək.

    2002-ci ildə Roma Statutunun əsasını təşkil edən Beynəlxalq Cinayət Məhkəməsi dünyanın ən ağır cinayətlərinin mühakiməsi üçün beynəlxalq standartlar müəyyən edib. O, yeddi hökm çıxarıb və hazırda icraatda 34 məhkəmə işi var.

    BCM 125 üzvün dəstəyi olmadan həbslər həyata keçirə bilməz. İsrail və ABŞ də daxil olmaqla, bır sıra ölkələr ona qoşulmayıb. Hər ikisi 2000-ci ildə Roma Statutunu imzalayıb, lakin hələ də onu təsdiqləməyib.

    2025-ci ildə Vaşinqton İsrail və ABŞ-yə qarşı iddia edilən müharibə cinayətlərinin araşdırılması ilə əlaqədar olaraq hakimlər, prokuror və prokuror müavinləri də daxil olmaqla, bu məhkəmənin doqquz əməkdaşına sanksiyalar tətbiq edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ