Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
O, Ulu Öndərin regionlara səfərlərindən bəhs edib, ölkəmizin hərtərəfli inkişafı üçün gördüyü işlərdən danışıb: “Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gələndə Bakı şəhərinin əhalisinin cəmi 39 faizi azərbaycanlı idi. Böyük hissəsi digər millətlərdən ibarət idi. Bu 39 faiz də demək olar ki, Bakının kəndlərində yerləşirdi. Bakının inkişafında da məhz Ümummilli Liderin o vaxt atdığı addımlar, müxtəlif göndərişlərlə tələbələrin cəlb olunması mühüm rol oynadı”.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın regionlarının inkişafı daha da sürətlənib. Onun bölgələrə mütəmadi səfərləri, həyata keçirilən genişmiqyaslı quruculuq və tikinti işləri nəticəsində şəhər və kəndlər arasındakı fərq demək olar ki, aradan qaldırılıb.
