Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər

    Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklərMilli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında martın 15-də keçiriləcək ümumxalq referendumunu müşahidə etmək üçün bu ölkənin Almatı və Astana şəhərlərinə səfər edəcək.
    Yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendumu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputat Bəxtiyar Əliyev MDB Parlamentlərarası Assambleyasının xətti ilə, deputat Fariz İsmayılzadə MDB İcraiyyə komitəsinin xətti ilə, deputat Məlahət İbrahimqızı Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Tamam Cəfərova isə TÜRKPA xətti ilə Almatı şəhərində izləyəcəklər.
    Milli Məclisin deputatları bir sıra seçki məntəqələrinə baş çəkəcək, referenduma hazırlıq səviyyəsi ilə yaxından tanış olacaq, referendum günü seçicilərin fəallığını və səsvermənin gedişini müşahidə edəcəklər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ