Sizin reklam burada
Sizin reklam burada
  • İran bu qorxaq addımına görə peşman olacaq

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı

    İlk növbədə bildirmək istəyirəm ki, İran İslam Respublikası ərazisindən həyata keçirilmiş dron hücumlarını qətiyyətlə pisləyirik. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
    İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunun və riyakarlığının açıq göstəricisidir. Mülki infrastruktura qarşı belə hücum təşkil etmək isə acizlik və qorxaqlıq əlamətidir.
    Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməlidir.
    Azərbaycan dövləti daim qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb. Azərbaycan ərazisindən İran da daxil olmaqla heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Bunun bariz nümunəsi kimi qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib və həmrəylik nümayiş etdirib.
    Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib. Əksinə, dar gündə həmişə qonşularına dəstək olub. Hətta Azərbaycan tərəfi İrana humanitar yardım göndərməyi də planlaşdırırdı.
    Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti – mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.
    Təəssüf ki, bu rejim uzun illərdir azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür, soydaşlarımızı bir çox hüquqlardan məhrum edir, onları təzyiq altında saxlayır. Azərbaycanlı fəallar təqib olunur, cəzalandırılır və müxtəlif formalarda təzyiqlərə məruz qalırlar.
    Tarix göstərib ki, Azərbaycana hücum edənlər həmişə peşman olublar. İran da bu qorxaq addımına görə peşman olacaq.
    Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktlarının cavabsız qalmayacağını açıq şəkildə bəyan edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ