Sizin reklam burada
Sizin reklam burada
  • Bu rejim son günlərini yaşayır

    Aqil Məmmədov
    VI çağırış Milli Məclisin deputatı

    İran Azərbaycanda və regionda təhlükəsizliyin təmin edilməsində maraqlı deyil. Bu ölkənin daxili və xarici siyasətini anlamaq mümkün deyil . Azərbaycan XİN beynəlxalq hüquqa əsaslanaraq İranın Azərbaycandakı səfirini çağırdı və nota təqdim etdi. Nota bir növ xəbərdarlıqdır. Əgər İran təxribatlara yol verərsə və ikinci dəfə Azərbaycan ərazisinə hücum edərsə, adekvat cavab mütləq olacaq. Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb və bəyannamədə qarşılıqlı hərbi dəstək nəzərdə tutulub. Orada qarşılıqlı hərbi dəstəklə bağlı xüsusi bənd var. Bu, o deməkdir ki, molla rejimi yenidən təxribata əl atarsa, layiqli cavabını alacaq. Bu hücumu təsadüf hesab etmirəm. Bir gün əvvəl SEPAH generallarından biri açıq şəkildə həm Azərbaycanı, həm də Türkiyəni hədələyirdi. Televiziya kanalı qarşısında belə bir şantajla çıxış etmək, Azərbaycan və Türkiyəni günahlandırmaq cəfəngiyyatdan başqa bir şey deyil. Dünən Türkiyənin hava məkanında İrana məxsus raket vurulub, bu gün isə Azərbaycanın heç bir hərbi obyekti olmayan, İran təhlükəsizliyinə təhdid yaratmayan Naxçıvan Hava Limanı və mülki şəxslərin olduğu ərazilər hücuma məruz qalıb. Bu bütün əndazəni aşmaq deməkdir. Bu rejim son günlərini yaşayır. İstəməzdim ki, 30 milyondan çox soydaşımızın yaşadığı bir ölkədə belə düşməncəsinə addım atılsın.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ