Sizin reklam burada
Sizin reklam burada
  • "Əhalisinin yarıdan çoxu müsəlman olan bu Avropa ölkəsində Azərbaycanı dost dövlət kimi tanıyırlar"- Musa Urud

    "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası Albaniyanın paytaxtı Tirana şəhərində başa çatdı. Tədbirdə Azərbaycan nümayəndə heyəti olaraq deputat həmkarım Səbinə Salmanova ilə iştirak etdik."

    Bunu millət vəkili Musa Urud özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, komitə iclasında "Qara dəniz bölgəsində mədəni diplomatiya və əməkdaşlığın gücləndirilməsi" mövzusunda məruzə müzakirə olundu və tövsiyyə qərarı qəbul edildi. Əhalisinin yarıdan çoxu müsəlman olan bu Avropa ölkəsində Azərbaycanı dost dövlət kimi tanıyırlar və hörmət edirlər:

    "Bu iclasda 4 il davam edən Komitə sədrliyimin müddəti başa çatdı. Komitəyə 2 il müddətində Yunanıstan nünayəndəsi başçılıq edəcəkdir. Eyni zamanda, Komitənin sədr müavini vəzifəsinə Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə xanım Salmanova seçildi. Deputat həmkarımızı ürəkdən təbrik edirəm və uğurlar arzulayıram."- Musa Urud paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ