Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Nurlan Qələndərli, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər."Atributinfo.az"ın məlumatına görə tədbirdə çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, Ulu Öndərin adı ilə bağlı olan partiyanın,
siyasi qüvvənin tarixi missiyası indiki dövrdə daha çox dərk edilir. Azərbaycanın xilas edilməsindən qalibiyyətə gələn yola qədərki bütöv bir dövrün əsas siyasi gücü haqqında kifayət qədər xoş sözlər söyləmək mümkündür.
Bəradər
"Atributinfo.az"



