Sizin reklam burada
Sizin reklam burada
  • Oruc Dadaşi Elman "DAĞIN DÖŞÜNDƏ"


    Oruc Dadaşi Elman

    DAĞIN DÖŞÜNDƏ

    Topraq da doğmadır, daş da doğmadır
    Addımlar atdığın, dağın döşündə
    Ürək də doğmadır, baş da doğmadır
    Sevgiyə çatdığın, dağın döşündə

    Gül - çiçək sənilə tərdi, könlümə
    Gülüşün yol verməz dərdi, könlümə
    Günəş də istisin sərdi könlümə
    Kölgədə yatdığın, dağın döşündə

    Bir də gəl qoşulub, çıxaq ikimiz
    Məhəbbət əllərin, sıxaq ikimiz
    Həsrəti, nisgilli, yıxaq ikimiz
    Şirinlik qatdığın, dağın döşündə

    Dil, dili anlamış, ürək, ürəyi
    Göz, gözü buraxmır, qollar, kürəyi
    Yerində yaşatdıq uçan diləyi
    Duyğuya batdığın, dağın döşündə

    Kəkliklər qorucaq daşlar altını
    Gül - çiçək oxşayır başlar altını
    Bulaqlar məst edir, qaşlar altını
    İşvə - naz satdığın, dağın döşündə

    Bulaqdan süzülən, mey səni deyir
    Şalalə çaldığı ney, səni deyir
    Elmanam, ürəyim tey səni deyir
    Əlimdən tutduğun, dağın döşündə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ