Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29- da keçirilən brifinqdə bildirib.
O deyib ki, ölkəmizdə qanunsuz miqrasiyanın problemli səviyyəyə çatmaması dövlətimizin başçısının müəyyən etdiyi siyasət və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti ilə bağlıdır: "Bu gün ölkədə təxminən 210-220 min əcnəbi yaşayır. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan səviyyədədir və narahatedici deyil. Mövsümdən asılı olaraq bu rəqəm 250 minə qədər yüksələ bilir. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan səviyyədədir və narahatedici deyil”, – deyə o vurğulayıb.
