Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC-nin sahə rəisi Əvəz Xəlilov bildirib ki, hadisə yerinə qurumun əməkdaşları və xüsusi texnikası cəlb olunub. Qısa müddətdə yol təmizlənərək nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib.
Onun sözlərinə görə, hadisə nəticəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yaranmayıb. Yol-nəqliyyat hadisəsi zamanı ölən və ya xəsarət alan olmayıb.
