YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin rəhbəri
Bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması hər bir soydaşımızda qürur hissi yaratdı. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi Azərbaycanın və onun Liderinin dünyada artan nüfuzunun növbəti nümunəsidir. Azərbaycan Prezidentinin bu nüfuzlu mükafat layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, yekun sülh sazişinin paraflanmasına görə deyil, həm də dövlətimizin başçısının şəxsən sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir. Dialoq və insan qardaşlığını təşviq edən fərdlər və təşkilatlara verilən bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti, Şeyx Zayed bin Sultan Al Nahyanın xatirəsinə təsis olunub.
Bu nüfuzlu mükafatın əsas məqsədi qlobal sülh və insan qardaşlığını təşviq etmək, ayrı-seçkilik, nifrət və radikalizmə qarşı çıxmaq, humanitar təşəbbüslər və dialoq layihələrini dəstəkləməkdir. Bununla yanaşı, dünyada dialoq, həmrəylik və dinc birgəyaşayış prinsiplərini təşviq edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Belə bir mükafata yalnız müstəsna xidmətləri olan liderlərin və qurumların layiq görülməsi bu təltifin reytinqini daha da artırır. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkəmizin sülh quruculuğunda fəal rolunun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsi seçilib. Bu müqavilə dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Həmçinin qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Bu mükafat humanizm, dinlərarası dialoq, tolerantlıq və sülh təşəbbüslərini təşviq edən nüfuzlu beynəlxalq platformadır. Belə reytinqli mükafata təqdim olunan lider yalnız milli siyasətdə deyil, qlobal miqyasda sülh və əməkdaşlıq gündəliyinə real töhfə verən lider kimi qəbul edilir. Bu nüfuzlu mükafat Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətin, onun diplomatik uğrularının məntiqi nəticəsidir.
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli sammit keçirilib. Görüşdə sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizi və regional əməkdaşlıq məsələləri, eləcə də 907-ci düzəlişin dayandırılması müzakirə edilib. Bu anlaşma regionda sülh və sabitlik üçün yeni mərhələnin əsasını qoydu. Tərəflər regional geosiyasi mənzərəni dəyişə biləcək sənədlər imzaladılar. Bu görüş 2020-ci il 10 noyabr Üçtərəfli bəyanatından sonra regionda ən əhəmiyyətli diplomatik uğurlardan biri hesab olunur.
Prezident İlham Əliyevin belə nüfuzlu beynəlxalq mükafata layiq görülməsini, eyni zamanda, Azərbaycanın sülh gündəliyinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz nümunəsidir . Mükafatın Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasına görə təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Onilliklər boyu davam edən münaqişə və humanitar əzabların aradan qaldırılması istiqamətində atılan addımların beynəlxalq səviyyədə dəyərləndirilməsi ölkəmizin irəli sürdüyü sülh təşəbbüslərinin qəbul edildiyini göstərir. Bu, həm də Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin bariz nümunəsidir. Artıq dünya birliyi də etiraf edir ki, Azərbaycan yalnız regional deyil, qlobal sülh proseslərinə də real töhfə verdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin, eyni zamanda, regionda dayanıqlı sülhün əldə edilməsi, yeni əməkdaşlıq formatının yaradılması, dövlətimizin başçısının liderlik bacarığının, uzaqgörən diplomatik fəaliyyətinin nəticəsidir.
