Heydər Əliyev Beynəlxalq Hava Limanında Ərəb Parlamenti prezidentinin başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, protokol əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Məhəmməd Əhməd Əl-Yammahinin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, qaşılıqlı əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
