Sizin reklam burada
Sizin reklam burada
  • İkili standartlar və qərəzli yanaşmalarbütün regionun təhlükəsiz gələcəyinə zərbə vurur

    Novruz Aslanov
    Milli Məclisin deputatı

    Əbu-Dabi Sülh Görüşü Azərbaycan və Ermənistan liderləri arasında konstruktiv və müsbət atmosferdə baş tutdu və regionda sülh istiqamətində real irəliləyişlərin əldə olunmasına imkan yaratdı. Lakin bəzi Avropa siyasi dairələrinin bu prosesə münasibəti narahatlıq doğurur. Sülh prosesini dəstəkləmək əvəzinə, onu kölgə altına almağa yönəlmiş addımlar artıq təsadüfi deyil, məqsədli və sistemli siyasi xəttin tərkib hissəsidir. Xüsusilə Fransa Senatının müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağıran qətnaməsi açıq ikili standartların və siyasi məsuliyyətsizliyin bariz nümunəsidir. Cənubi Qafqazda dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət, ədalətli mövqe və regiondakı dövlətlərin konstruktiv dialoqu əsasında mümkündür. İkili standartlar və qərəzli yanaşmalar isə təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsiz gələcəyinə zərbə vurur.
    Azərbaycan sülh və ədalət prinsiplərinə sadiq qalaraq, regionda davamlı sabitliyin bərqərar olması üçün fəaliyyətini davam etdirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ