Sizin reklam burada
Sizin reklam burada
  • Tahir müəllimi dürüst, səmimi və prinsipial bir insan kimi tanıyıram

    "Tahir müəllimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. O, hakim partiyada məsul vəzifələrdə çalışıb, eyni zamanda Dövlət Statistika Komitəsinə
    rəhbərlik edib.
    Tahir müəllimi dürüst, səmimi və prinsipial bir insan kimi tanıyıram."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, əlavə edib ki, Prezident seçkiləri zamanı Prezidentin nümayəndəsi kimi iştirak edərkən də mənə qarşı hər zaman hörmət, dözümlülük və yüksək mədəniyyət nümayiş etdirib.
    Sonrakı illərdə müxtəlif tədbirlərdə görüşmüşük, bəzi məsələlərlə bağlı telefon əlaqələrimiz də olub. Tahir müəllimin iqtidar–müxalifət münasibətlərində nümayiş etdirdiyi mədəni və balanslı yanaşma hər zaman təqdirəlayiq olub:

    "İnanıram ki, ona həvalə edilən bu məsuliyyətli vəzifənin öhdəsindən də layiqincə gələcək və Nəsimi rayonunun inkişafına öz töhfəsini verəcək."- Razi Nurullayev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ