Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə keçirilən brifinqdə söyləyib.
O bildirib ki, iqtisadi sahədə əməkdaşlıq genişlənir. “Hazırda ölkəmizdə 124 İsrail şirkəti fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir. Enerji sahəsində əlaqələr xüsusilə genişdir.
SOCAR ilk dəfə İsraildəki qaz yataqlarında 10 faiz paya sahib olub”,- deyə C.Bayramov qeyd edib.
