Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun da iştirak etdiyi görüşlərdə “DIMDEX 2026” sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini bildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
