Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 21-də bu təşkilatın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Qətər dövlətinin Doha şəhərinə səfər edəcək. İclas çərçivəsində təşkilatın büdcəsi, maliyyə planlaşdırması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər dekabrın 25-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
