Millət vəkillərimiz burada “ Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda iştirak edəcəklər. Tədbirdə qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə ediləcək.
Səfər dekabrın 11-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
