Sizin reklam burada
Sizin reklam burada
  • Parlament Təhlükəsizlik Forumunda

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
    Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq. Səməd Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.
    Səfər dekabrın 12-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ