Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.Səfər çərçivəsində deputat ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT-in fəaliyyəti, cari siyasi məsələlər və seçkilərin müşahidəsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
