Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, əlavə edib ki,
2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyadakı mərkəzlərdın idarə olunan və yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq.
Deputat, həmçinin açıqlamasında bildirib ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa etmiş Azərbaycan daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Əlaltılar unudurlar ki, Azərbaycan AXC-Musavat qrupunun səriştəsiz idarəetməsi nəticəsində tənəzzülə uğrayan ötən əsrin 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Azərbaycan rəhbərliyi istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və hər zaman da alacaq:
"Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Vətənə xəyanətin isə heç zaman bəraət yeri yoxdur."- Vüqar Bayramov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
