Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə başsağlığı məktubu ünvanlayıb

    Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə başsağlığı məktubu ünvanlayıb Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olmasından və yaralanmasından kədərləndiyini bildirib.
    Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ