Sizin reklam burada
Sizin reklam burada
  • MCP qərargahında sosial-iqtisadi durum müzakirə edilib

    Ötən gün Milli Cəbhə Partiyası - MCP -nın qərargahında İdarə Heyətinin növbəti iclası keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, toplantıda ölkədə mövcud olan sosial, iqtisadi və siyasi vəziyyət ətraflı şəkildə müzakirə olunub. İdarə Heyətinin üzvləri cəmiyyətin müxtəlif sahələrində müşahidə olunan problemlər, eləcə də onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

    Partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, yerli təşkilatların işinin səmərəliliyinin artırılması və üzvlərin təşəbbüskarlığının stimullaşdırılması istiqamətində təkliflər irəli sürülüb. Eyni zamanda qarşıdan gələn dövr üçün görüləcək işlər, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, partiyanın ideyalarının təbliği ilə bağlı məsələlər müzakirə edilib.

    Sonda qəbul edilən qərarlar və tapşırıqların vaxtında icrası üçün müvafiq göstərişlər verilib.

    Bəradər
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ