Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
    Spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə güllər düzərək xatirəsini ehtiramla yad edib.
    Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ