Sizin reklam burada
Sizin reklam burada
  • Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

    Sentyabrın 11-də  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. 

    Komitə sədri, ilk öncə  2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən sessiya ərzində komitənin 11 iclası keçirilib, ümumilikdə 15 məsələyə baxılıb, bir ictimai dinləmə təşkil olunub, vətəndaşlarların müraciətləri isə mütəmadi olaraq qəbul edilərək dinlənilib. Bununla belə, hesabat  dövründə komitədə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 400-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.  

    Daha sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin qarşıdakı payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsi çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.  

    Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, İlham Məmmədov, Pərvin Kərimzadə, Mehriban Vəliyeva, Səbinə Xasayeva, Ülviyyə Ağayeva, Müşfiq Məmmədli, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək öz fikirlərini bildiriblər.

      İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib. 


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ