Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Arzu Nağıyevdən növbəti vətəndaş qəbulu

    Daim seçicilərin yanında olan, onlara hər cür diqqət və qayğı göstərən, vətəndaş probleminin həllini fəaliyyətinin əsas istiqamətlərindən hesab edən 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən bu gün,  sentyabrın 11-i tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib. 


    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.

    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.


    Məlumat üçün bildirək ki, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə Arzu Nağıyevin qəbulları davam edəcək.

    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ